İlk peyvəndlənən Ramin Bayramlı və Oqtay Şirəliyev olacaq

Xəbərlər

18.01.2021 - 10:43

Azərbaycanda vaksinasiyaya başlanılır

 

Bu gün Azərbaycanda koronavirus (COVID-19) əleyhinə vaksinasiyaya start verilir. AYNA-nın xəbərinə görə, bir sıra xəstəxanalarda COVID-19 əleyhinə peyvəndləmə olacaq.

 

İlk vaksinasiya ediləcək şəxslərdən biri də Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə heyətinin sədri Ramin Bayramlı olacaq. TƏBİB Ramin Bayramlıya peyvənd vurulması məlumatını təsdiqləyib.

 

Peyvəndlənmə prosesində ilk olaraq səhiyyə naziri Oqtay Şirəliyev də iştirak edəcək.

 

Qeyd edək ki, Azərbaycan Çin istehsalı olan “Sinovac” peyvəndindən istifadə edəcək. Peyvənd vurdurmaq könüllüdür.

Müəllif: Ayna.az