İlin ilk günündə ictimai yerdə 9 koronavirus xəstəsi saxlanılıb

Xəbərlər

02.01.2021 - 11:03

DİN-dən ictimai yerlərdə aşkarlanan koronavirus xəstələri ilə bağlı məlumat yayıb

 

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən yanvarın 1-də respublika ərazisində doqquz nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb.

 

Daxili İşlər Nazirliyindən (DİN) AYNA-ya bildirilib ki, onlardan səkkizi yaşadıqları evə, sağlamlıq vəziyyəti daha ağır olan bir nəfər isə xəstəxanaya yerləşdirilib.

 

Dörd nəfər barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb. Hazırda istintaq araşdırmaları davam etdirilir.

 

 

Müəllif: Ayna.az