Ağacanyan: "Konkret tarixi deyə bilmərəm"
"Azərbaycan və Ermənistan liderlərinin görüşü barədə danışıqlar aparılır". AYNA erməni mediasına istinadən bildirir ki, bu barədə Ermənistan Milli Assambleyasının Xarici əlaqələr üzrə komissiyasının rəhbəri Eduard Ağacanyan deyib.
“Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüşün keçirilməsi üçün danışıqlar aparılır, lakin konkret tarixi deyə bilmərəm”, - Ağacanyan vurğulayıb.