Prezident Ballıca kəndində görülən işlərlə tanış olub, bir qrup sakinlə görüşüb
Azərbaycan Prezidenti İlham Əliyev fevralın 19-da Xocalı rayonuna gedib. AYNA xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidmətindən bildirilib.
Ölkə başçısı Ballıca kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub, sonra kəndə köçən bir qrup sakinlə görüşüb.





