İlham Əliyev Xanlar Vəliyevin barəsində sərəncam verib

Xəbərlər

09.04.2020 - 13:18

Həkimlər Klinikalar SEO Xidməti

Xanlar Vəliyev yenidən Hərbi prokuror vəzifəsinə təyin edilib

 

Prezident İlham Əliyevin sərəncamı ilə Xanlar Vəliyev yenidən Azərbaycan Respublikasının Hərbi prokuroru vəzifəsinə təyin edilib. Bu barədə AYNA-ya Hərbi Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

 

Qeyd edək ki, X.Vəliyev Gəncə Şəhər Prokurorluğunda böyük müstəntiq, prokuror köməkçisi, Qazax və Şəmkir rayon prokurorlarının müavini vəzifələrində işləyib, 1993-2000-ci illərdə Azərbaycan Respublikası Baş prokurorunun müavini olub.

 

Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2005-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Baş prokurorunun müavini - Azərbaycan Respublikasının Hərbi prokuroru vəzifəsinə təyin edilib və hazıradək həmin vəzifədə qulluğunu davam etdirir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş