İlham Əliyev və Mehriban Əliyeva Türkiyə Prezidentinin adından verilən şam yeməyində iştirak edib

Xəbərlər

03.06.2023 - 22:33

Prezident və birinci xanım Türkiyəyə səfər edib

İyunun 3-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın adından mərasim iştirakçılarının şərəfinə şam yeməyi verilib.

AYNA xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak ediblər.

Xatırladaq ki, R.T.Ərdoğan bu gün Türkiyə Böyük Millət Məclisində (TBMM) and içib.

Daha sonra Türkiyə Prezidentinin səlahiyyətlərinin icrasına başlaması mərasimi keçirilib.

Müəllif: Ayna.az