İlham Əliyev: “Şuşada “Xarıbülbül” musiqi festivalı keçiriləcək”

Xəbərlər

12.05.2021 - 11:44

“Bu, qədim Azərbaycan torpağında Azərbaycan xalqı əbədi yaşayacaqdır”

 

Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva mədəniyyət paytaxtı Şuşada “Xarıbülbül” musiqi festivalında iştirak edəcəklər.

 

AYNA xəbər verir ki, bu barədə Birinci vitse-prezident Mehriban Əliyevanın rəsmi “Instagram” hesabında paylaşdığı videgörüntülərdə Prezidenti İlham Əliyev bildirib.

 

İ.Əliyev qeyd edib ki, Şuşada “Xarıbülbül” musiqi festivalı keçiriləcək.

 

“Biz Şuşaya gedirik. Dediyim kimi, bu il may ayında uzun zamandan sonra Şuşada “Xarıbülbül” musiqi festivalı keçiriləcək. Yolüstü Azərbaycanın dilbər güşələrindən olan Xocavənd rayonuna gəldik. Burada armudu stəkanda çay içirik. Necə ki, Cıdır düzündə çay içmişik. Bu, qədim Azərbaycan torpağında Azərbaycan xalqı əbədi yaşayacaqdır. Eşq olsun Azərbaycaq xalqına. Yaşasın Azərbaycan”, - Prezident vurğulayıb.

 

Müəllif: Ayna.az