Prezident MDB dövlət başçılarının qeyri-rəsmi görüşündə iştirak edəcək
Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinin dəvəti ilə MDB dövlət başçılarının qeyri-rəsmi görüşündə iştirak etmək üçün dekabrın 26-da Sankt-Peterburq şəhərinə işgüzar səfərə gəlib.
AYNA xəbər verir ki, Sankt-Peterburq şəhərinin “Pulkovo-1” hava limanında dövlətimizin başçısını Sankt-Peterburq şəhərinin qubernatoru Aleksandr Beqlov və digər rəsmi şəxslər qarşılayıblar.