Türkiyənin Xarici İşlər nazirinin başçılıq etdiyi nümayəndə heyəti Prezidentin qəbulunda olub
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 6-da Türkiyə Respublikasının Xarici İşlər naziri Mövlud Çavuşoğlunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
AYNA xəbər verir ki, görüşdə bir sıra məsələlər müzakirə olunub.
Qeyd edək ki, Türkiyənin XİN başçısı bu gün Azərbaycana səfər edib. Nazir bildirib ki, Azərbaycana dəstək vermək, həmrəylik göstərmək üçün Bakıya gəlib.