İlham Əliyev: “Böyük Qayıdış” proqramının icrası böyük vəsait tələb edəcək”

Siyasət

14.03.2023 - 07:46

Həkimlər Klinikalar SEO Xidməti

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya iş adamları ilə görüşü olub

“Böyük Qayıdış” proqramının icrası böyük vəsait tələb edəcək” .

AYNA xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 13-də Berlində Almaniyanın aparıcı şirkətlərinin rəhbərləri ilə görüşdə deyib.

“Biz tamamilə yeni, müasir standartlar əsasında layihəni icra etməyi planlaşdırırıq. Qarabağ və Şərqi Zəngəzur bölgələrini artıq yaşıl enerji zonası elan etmişik. Orada yalnız bərpaolunan enerji mənbələrindən istifadə ediləcək. Bu mənbələr nəinki həmin yerlərdə insanların və sənayenin tələbatını ödəyəcək, o cümlədən ölkənin qalan hissəsinə də xidmət edəcək”, - deyə Azərbaycan Prezidenti vurğulayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş