İkili diplom proqramı üzrə sənəd qəbulunun müddəti uzadılıb

Xəbərlər

08.09.2020 - 12:58

cedabet dərman SEO Xidməti

Sənəd qəbulu sentyabrın 10-u saat 12:00-dək davam edəcək

 

Koreya Respublikasının İNHA ali təhsil müəssisəsi ilə Bakı Mühəndislik Universitetinin mühəndislik ixtisas istiqaməti üzrə ikili diplom proqramı çərçivəsində 2020-2021-ci tədris ili üzrə bakalavriat səviyyəsinə sənəd qəbulunun müddəti uzadılıb.

 

Bu barədə AYNA-ya Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, sənəd qəbulu sentyabrın 10-u saat 12:00-dək davam edəcək.

 

Qeyd edək ki, bakalavriat səviyyəsində təhsil dörd il müddətində və ingilis dilində aparılacaq. Tələbələrə sonuncu il üzrə İNHA-dakı təhsil ili üçün əlavə olaraq Koreya dili tədris ediləcək.

 

İkili diplom proqramı ilə bağlı əlavə məlumatı Təhsil Nazirliyinin saytında yerləşdirilmiş elan vasitəsilə almaq olar.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş