İki taekvondoçumuz Avropa çempionu olub

İdman

06.11.2022 - 14:58

Həkimlər Klinikalar SEO Xidməti

Kiçikyaşlı yeniyetmələr arasında Avropa birinciliyi başa çatıb

Rumıniyanın paytaxtı Buxarestdə taekvondo üzrə keçirilən kiçikyaşlı yeniyetmələr arasında Avropa birinciliyi başa çatıb.

Taekvondo Federasiyasından AYNA-ya verilən məlumata görə, yarış Azərbaycan idmançıları üçün uğurlu alınıb.

Baş məşqçi İlkin Şahbazovun rəhbərliyi altında Buxarestə yollanan hər iki taekvondoçumuz Vətənə qızıl medalla qayıdacaq. Sabir Məmmədli (27 kq) və Nazim Məmmədov (30 kq) bütün rəqiblərini məğlub edərək çempion tituluna yiyələniblər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş