Zakir Qaralov kadr dəyişiklikləri barədə əmr verib
Baş prokuror Zakir Qaralovun əmri ilə iki rayona yeni prokurorlar təyin edilib. AYNA xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov məlumat yayıb.
Onun sözlərinə görə, Baş Prokurorluğun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini Mehman Xankişiyev Şəki, Baş Prokurorluğun Kadrlar idarəsinin prokuroru Ramil Əliyev isə Siyəzən rayon prokuroru vəzifəsinə təyin edilib.