İki nəfər yoluxucu xəstəliklər şöbəsinə yerləşdirilib

Xəbərlər

03.02.2020 - 10:43

Həkimlər Klinikalar SEO Xidməti

İnkubasiya dövrü başa çatana qədər xəstəxanada saxlanılacaqlar

 

Kıiniki Tibbi Mərkəzin yoluxucu xəstəliklər şöbəsinə 2 nəfər yerləşdirilib. Bu barədə AYNA-ya Səhiyyə Nazirliyindən məlumat verilib.

 

Məlumatda bildirilir ki, onlardan biri 1996-cı il təvəllüdlü Çin vətəndaşıdır: "Sonuncu dəfə 19 yanvar tarixində Çində olub. Analizlərinin cavabı mənfidir, yəni hər hansı bir virus aşkarlanmayıb. Heç bir şikayəti yoxdur. Fevral ayının 4-ü evə buraxılacaq". 

 

"İkinci xəstə isə 1994-cü il təvəllüdlü Azərbaycan vətəndaşıdır. Çində təhsil alır. Bakıya yanvarın 28-də gəlib. Heç bir şikayəti yoxdur, amma buna baxmayaraq, inkubasiya dövrü başa çatana qədər xəstəxanada saxlanılacaq", - deyə qeyd olunub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş