İctimai yerdə koronavirus xəstələri aşkarlanıb

Xəbərlər

20.02.2022 - 22:04

Həkimlər Klinikalar SEO Xidməti

Qaydaları pozanların hər ikisi yaşadıqları ünvanlara qaytarılıblar

Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq, yaşadıqları ünvanları tərk edən aktiv koronavirus xəstələri aşkar edilib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Lənkəran regional qrupundan AYNA-ya verilən məlumata görə, Masallı rayon sakinləri R.Həşimova və R.Həsənova koronavirus infeksiyası testinin pozitiv nəticəsinə görə, ev şəraitində müalicə təyin edilib və onlara tətbiq olunan qaydalara riayət olunması, yaşayış yerlərini tərk etməmələri tapşırılıb.

Polis əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə həmin şəxslərin xüsusi karantin rejimi qaydalarını kobud şəkildə pozduğu və yaşayış yerlərini tərk etdikləri müəyyən olunub.

Xüsusi karantin rejiminin qaydalarını pozanların hər ikisi tibbi prosedurlar gözlənilməklə yaşadıqları ünvanlara qaytarılıblar.

Faktlarla bağlı araşdırmalar aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş