Hücum hipersəs ballistik raketdən istifadə edilməklə həyata keçirilib
“Ənsar Allah” hərəkatının yəmənli husi üsyançıları Təl-Əvivin Ben Qurion hava limanına yeni hücum təşkil etdiklərini bildiriblər. AYNA.AZ xəbər verir ki, məlumat üsyançıların yaratdığı silahlı qüvvələrin nümayəndəsi Yəhya Sariyanın “Telegram” kanalında yerləşdirilib.
Onun sözlərinə görə, hücum hipersəs ballistik raketdən istifadə edilməklə həyata keçirilib.
“Əməliyyat məqsədinə nail olunduğu”, “hava limanının fəaliyyətinin dayandırıldığı” iddia edilir.
Bəyanatda qeyd olunub ki, “Ənsar Allah” hərəkatı "Qəzza zolağında baş verənləri izləyir" və İsrail qüvvələri tərəfindən işğalına icazə verməyəcək. Husilər əmin ediblər ki, onlar İsrail tərəfindən anklav sakinlərinə qarşı "təcavüz" dayandırılana qədər Fələstin xalqını dəstəkləməyə davam etmək niyyətindədirlər.