Horadizdə traktor minaya düşüb

Xəbərlər

07.12.2023 - 11:41

Həkimlər Klinikalar SEO Xidməti

Polisin köməyi ilə traktorçu ərazidən çıxarılaraq xəstəxanaya təxliyə edilib

Dekabrın 7-də saat 10 radələrində Füzuli rayonu Horadiz kəndi ərazisində təsərrüfat sahəsində əkin işləri aparan traktorun minaya düşməsi ilə bağlı polisə məlumat daxil olub.

AYNA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, traktorun sürücüsü, 1994-cü il təvəllüdlü Zamin Həsənli xəsarət alıb.

O, polis əməkdaşlarının köməyi ilə ərazidən çıxarılaraq xəstəxanaya təxliyə edilib.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az