Hokkaydo sahillərində güclü zəlzələ olub

Dünya

27.04.2026 - 13:32

Zəlzələ "dağıdıcı" kimi qiymətləndirilir

Yaponiyanın Hokkaydo adasında 6,1 bal gücündə zəlzələ qeydə alınıb. AYNA.AZ rus mediasına istinadən bildirir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Birləşmiş Geofizika Xidmətinin Altay-Sayan şöbəsindən məlumat verilib.

Şöbənin əməliyyat məlumatlarına görə, yerli vaxtla səhər saat 5:24-də qeydə alınan zəlzələnin episentri Hokkaydo adasının Obihiro şəhərindən 42 km qərbdə yerləşib.

Episentrdəki titrəyişin intensivliyinə əsasən, zəlzələ "dağıdıcı" kimi qiymətləndirilir.

ABŞ Geoloji Xidməti də zəlzələnin maqnitudasını 6,1 bal olaraq qiymətləndirib. Amerikalı seysmoloqların məlumatına görə, zəlzələnin episentri 81 km dərinlikdə yerləşib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş