Hindistanda zəvvarları daşıyan avtobus qəzaya düşüb

Dünya

29.07.2025 - 13:38

Hadisə nəticəsində 18 nəfər ölüb

Hindistanda içərisində hindu zəvvarların olduğu avtobusla qaz silindirləri daşıyan yük maşını toqquşub.

AYNA.AZ xarici mediaya istinadən xəbər verir ki, hadisə ölkənin Carkxand ştatında baş verib.

Məlumata görə, qəza nəticəsində 18 nəfər ölüb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş