Həmin şəxsin təmasda olduğu 20 nəfər karantinə alınıb
Hindistanda meymunçiçəyindən ilk ölüm faktı qeydə alınıb. AYNA-nın məlumatına görə, ölkənin cənubundakı Kerala ştatında yaşayan şəxs virusun qurbanı olub.
Qeyd olunur ki, o bir müddət əvvəl Birləşmiş Ərəb Əmirliklərindən qayıdıb. Həkimlər həmin şəxsin təmasda olduğu 20 nəfəri karantinə alıb.
Bu günədək Hindistanda 5 nəfərin meymunçiçəyinə yoluxduğu bildirilir.