Hindistan iki ballistik raketi sınaqdan keçirib

Dünya

18.07.2025 - 16:35

Sınaqlar Çandipur poliqonunda baş tutub

Hindistan “Prithvi-II” və “Agni-I” adlı iki qısa mənzilli ballistik raketi uğurla sınaqdan keçirib. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə ölkənin Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Sınaqlar Çandipur poliqonunda (şərqi Odişa ştatı) baş tutub. Raketlər Strateji Qüvvələr Komandanlığının nəzarəti altında buraxılıb.

"Bütün texniki və əməliyyat parametrləri təsdiqlənib", - Hindistan hərbi idarəsi vurğulayıb.

“Prithvi-II” və “Agni-I” Hindistanın strateji arsenalının bir hissəsidir və yüksək dəqiqlikli zərbələr endirmək üçün nəzərdə tutulub. “Prithvi-II” çəkisi 0,5 ilə 1 tona qədər olan döyüş başlığını daşıya bilir və onun uçuş məsafəsi 250 ilə 350 km arasındadır. O raketdən yayınma texnologiyaları ilə təchiz olunub və ən son hədəf yönləndirmə sistemindən istifadə edir. Onun mühərriki sovet zenit raketi B-755 (S-75 kompleksi) mühərriki əsasında hazırlanıb.

“Agni” seriyalı ballistik raketlər Hindistan Müdafiə Nazirliyinin idarə olunan raketlərinin inkişafı üzrə kompleks proqramı çərçivəsində yaradılıb. Ölkədə dörd növ belə raket var. “Agni-I”in uçuş məsafəsi 700 km-ə çatır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş