Hikmət Hacıyev: “Fransanın Cənubi Qafqazla bağlı siyasəti zərərlidir”

Xəbərlər

19.06.2024 - 11:46

“Ermənsitan Cənubi Qafqazda işğal və təcavüz törədən ölkədir”

Fransanın Cənubi Qafqazla bağlı siyasətini səmərəli hesab etmirik, bu, zərərli siyasətdir.

AYNA xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

H.Hacıyev bildirib ki, Fransanın Ermənistanı silahlandırması indiyə qədər əldə olunmuş nəticələrə, Qafqazda sülhə təhdiddir: “Bu, Azərbaycan və Ermənistan arasında normallaşma prosesinə zərbədir. Fransanın militarizasiya siyasəti Ermənistanda revanşist qüvvələri həvəsləndirəcək addımdır. Ermənistana öldürücü silahların verilməsi ciddi narahatlıq doğuran haldır. BMT TŞ-nin üzvü olaraq Fransa məsuliyyətli siyasət həyata keçirməlidir. Ermənsitan Cənubi Qafqazda işğal və təcavüz törədən ölkədir. Belə ölkənin silahlandırılması məqbul hesab olunmur”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş