Hikmət Hacıyev Baydenin müşaviri ilə Azərbaycan-ABŞ tərəfdaşlığını müzakirə edib

Siyasət

07.06.2022 - 01:10

Hikmət Hacıyev bu barədə "Twitter" hesabında yazıb

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanla görüşüb. AYNA xəbər verir ki, bu barədə Hikmət Hacıyev "Twitter" hesabında yazıb.

“Bu gün Ağ Evdə ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sallivanla Azərbaycan-ABŞ tərəfdaşlığı və regional məsələlərlə bağlı səmərəli və mehriban söhbətim oldu”, - deyə Hikmət Hacıyev sosial şəbəkə hesabında yazıb.

 

Müəllif: Ayna.az