"Əminəm ki, Qarabağı azad etmək üçün son şansımızdır"

Siyasət

21.06.2019 - 16:49

Aslan İsmayılov: "Qarabağ problemini həll etmək üçün birinci növbədə əhali səfərbər olunmalı, onun minimal sosial tələbləri ödənilməlidir"

 

"Bu gün ətrafımızda baş verənləri 1980-ci illlərin sonu 90-ların əvvəlləri ilə müqayisə edək. Özü də bu müqayisə hamı üçün, birinci növbədə isə hakimiyyət üçün lazımdır. Tam olmasa da, tarix təkrarlanır və ondan dərs çıxartmaq ağıllıların, görməməzliyə vurmaq isə ya dəlilərin, ya da Azərbaycan adlı məmləkətin düşmənlərinin işi ola bilər".

 

AYNA xəbər verir ki, bu barədə tanınmış hüquqşünas Aslan İsmayılov öz "Facebook" hesabında yazıb. Müəllif SSRİ imperiyasının çökdürülməsi prosesində potsovet ölkələrinin və Azərbaycanın mövqeyini təhlil edib, Qərbin apardığı ikili standartlardan söz açıb.

Ayna.az