Hikmət Hacıyev ABŞ-da Ermənistanın Təhlükəsizlik Şurasının katibi ilə görüşüb

Siyasət

28.09.2022 - 08:58

Həkimlər Klinikalar SEO Xidməti

Ceyk Sallivan: "Danışıqların aparılmasının vacibliyini müzakirə etdik"

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ABŞ-da Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşüb.

AYNA xəbər verir ki, bu barədə ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sallivan bildirib.

“Bu gün birbaşa və konstruktiv danışıqlar üçün Hikmət Hacıyev və Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanı qonaq etdim. Biz şiddətin qarşısının alınmasının, vaxta bağlı və diqqət mərkəzində olan danışıqların aparılmasının vacibliyini müzakirə etdik. Biz sabit və dayanıqlı sülhə dəstək olaraq irəliyə doğru konkret addımlar da müəyyənləşdirdik”, - deyə Ceyk Sallivan qeyd edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş