Hibrid avtomobillərindən istifadənin genişləndirilməsi zərurətə çevrilir

Xəbərlər

17.03.2020 - 12:13

Həkimlər Klinikalar SEO Xidməti

Atmosfer havasının keyfiyyətinə nəzarət məqsədilə növbəti monitorinq keçirilib

 

Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin mütəxəssisləri tərəfindən atmosfer havasının keyfiyyətinə nəzarət məqsədilə Bakının rayonlarında günün müxtəlif saatlarında monitorinq keçirilib. Monitorinq zamanı paytaxtın Nəsimi, Xətai, Nizami, Binəqədi, Səbail, Nərimanov, Yasamal, Qaradağ və Sabunçu rayonlarının ərazisində çirkləndirici qaz qarışıqlarının sanitar normadan artıq olduğu müəyyən edilib.

 

AYNA xəbər verir ki, bunu jurnalistlərə Departamentin direktoru Ramal Bağırov deyib. O bildirib ki, əsasən də nəqliyyatın sıx olduğu  saatlarda çirkləndirici qaz qarışıqlarının miqdarı Neftçilər, Ziya Bünyadov, Nobel, Heydər Əliyev prospektləri, Sahil, Nərimanov metro stansiyaları, Azneft meydanı, 20 yanvar, Lökbatan, Ukrayna dairələri, Şərifzadə küçəsi, Xırdalan–Sumqayıt yolu ərazilərində yol verilən qatılıq həddini keçib.

 

“Aparılan monitorinq və araşdırmaların nəticəsi göstərir ki, nəqliyyat vasitələrindən havaya atılan tullantıların azaldılması məqsədilə ekoloji cəhətdən təmiz elektrik və hibrid avtomobillərinin ölkəmizdə istifadəsinin genişləndirilməsi havaya atılan tullantıları azalda bilər. Sevindiricidir ki, artıq “BakıBus” şirkəti havaya minimum tullantı atan sıxılmış qazla işləyən avtobuslardan istifadə edir”, - direktor qeyd edib.

 

R.Bağırovun sözlərinə gğrə, bu proses ölkəmizdə daha da kütləviləşməli və təşviqedici addımlar atılmalıdır: “Hər kəs daha çox ictimai nəqliyyatdan istifadə etməklə, yaxın məsafələrə piyada getməklə və istirahət günlərini avtomobilsiz keçirməklə havaya atılan tullantıların azaldılmasına töhfə vermiş olar”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş