Heydər Əliyev Mükafatı Komissiyasının yeni tərkibi təsdiqlənib

Xəbərlər

19.04.2021 - 15:03

Həkimlər Klinikalar SEO Xidməti

Prezident İlham Əliyev sərəncam imzalayıb

 

“Azərbaycan Respublikasının Heydər Əliyev Mükafatı Komissiyasının yeni tərkibinin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 8 aprel tarixli 499 nömrəli Fərmanında dəyişiklik edilib.

 

AYNA xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

 

Sərəncama əsasən, Azərbaycan Respublikasının Heydər Əliyev Mükafatı Komissiyasının aşağıdakı tərkibi təsdiq edilir:

 

Komissiyanın sədri

 

Azərbaycan Respublikasının Prezidenti

 

Komissiyanın üzvləri

 

Azərbaycan Respublikasının Baş naziri

 

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri

 

Azərbaycan Respublikası Baş nazirinin müavini

 

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri

 

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti

 

Azərbaycan Respublikasının mədəniyyət naziri

 

Azərbaycan Respublikasının təhsil naziri

 

Azərbaycan Respublikasının səhiyyə naziri

 

Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri

 

Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri

 

Azərbaycan Yazıçılar Birliyinin sədri

 

Azərbaycan Rəssamlar İttifaqının sədri

 

Azərbaycan Bəstəkarlar İttifaqının sədri

 

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri

 

Azərbaycan Teatr Xadimləri İttifaqının sədri

 

Azərbaycan Memarlar İttifaqının sədri

 

İsa Həbibbəyli – Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti

 

Xoşbəxt Yusifzadə –Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti

 

Tahir Salahov – Xalq rəssamı

 

Ömər Eldarov – Xalq rəssamı.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş