Hərbi vəzifəlilərlə keçirilən təlim toplanışı davam edir

Xəbərlər

10.02.2025 - 14:34

Təlimə cəlb olunan şəxsi heyət atıcı silahlardan praktiki atış çalışmalarını icra edir

Cari ilin hazırlıq planına əsasən, hərbi vəzifəlilərlə keçirilən təlim toplanışı praktiki məşğələlərlə davam edir.

Müdafiə Nazirliyindən AYNA-ya verilən məlumata görə, toplanışın planına uyğun olaraq, təlim iştirakçılarının döyüş hazırlığı səviyyəsinin, bilik və bacarıqlarının artırılması məqsədilə onlara ordumuzun silahlanmasında olan atıcı silahların taktiki-texniki xüsusiyyətləri, istifadə qaydaları öyrədilir və atış məşqləri keçirilir.

Təlimə cəlb olunan şəxsi heyət atıcı silahlardan praktiki atış çalışmalarını müvəffəqiyyətlə icra edir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş