Hərbi Qənimətlər Parkına bu marşrutlar gedəcək

Xəbərlər

14.04.2021 - 17:32

Parka gedəcək marşrut xətləri müəyyən edilib

 

44 günlük Vətən müharibəsi dövründə müzəffər Azərbaycan Ordusunun işğalçı Ermənistanı döyüş meydanında məğlub edərək ələ keçirilən hərbi qənimətlərin toplandığı parka getmək üçün istifadə ediləcək marşrut xətləri müəyyən edilib. Bu barədə AYNA-ya Bakı Nəqliyyat Agentliyindən (BNA) bildirilib.

 

Bildirilib ki, parka getmək üçün vətəndaşlar metronun 28 May stansiyasının qarşısından 21, 32, 46 və 175 nömrəli marşrutlara minərək  Hərbi Qənimətlər Parkına gedə bilərlər.

Müəllif: Ayna.az