Hərbi Hava Qüvvələrinin aviasiya vasitələri praktiki uçuşlar keçirir

Xəbərlər

18.02.2021 - 13:10

Həkimlər Klinikalar SEO Xidməti

Pilotlar şərti düşmənin yerüstü hədəflərinin koordinatlarını təyin etməklə hava kəşfiyyatı da icra edirlər

 

Azərbaycan Respublikası müdafiə nazirinin təsdiq etdiyi 2021-ci il üçün döyüş hazırlığı planına uyğun olaraq, Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) aviasiya vasitələri təlim uçuşları keçirir.

 

Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən AYNA-ya verilən məlumata görə, hərbi pilotların döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədilə keçirilən məşqlər çərçivəsində HHQ-nin döyüş aviasiyasının təyyarəçiləri gündüz və gecə vaxtlarında ilk praktiki uçuşları icra edirlər.

 

Təlimlər zamanı pilotlar şərti düşmənin yerüstü hədəflərinin koordinatlarını təyin etməklə hava kəşfiyyatını da həyata keçirirlər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş