Sürücü avtomobilin idarəetməsini itirib və yol kənarındakı ağaca çırpıb
Goranboy Rayon Polis Şöbəsinə rayonun Xoylu kəndi ərazisində yol-nəqliyyat hadisəsi olması barədə məlumat daxil olub. AYNA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupundan bildirilib.
Qeyd edilib ki, hadisə yerinə gedən polis əməkdaşları müvafiq araşdırmalar aparıb və nəqliyyatın hərəkətini bərpa ediblər.
İlkin araşdırmalar nəticəsində məlum olub ki, 1988-ci il təvəllüdlü Nicat Nəbiyev “Mercedes” markalı avtomobillə idarəetməni itirərək yol kənarındakı ağaca çırpılıb. Nəticədə sürücü və sərnişin Elvin Quliyev həlak olub. Faktla bağlı araşdırmalar davam etdirilir.
Qeyd edək ki, qəza zamanı həlak olan şəxslər hərbçi olublar.