Heqset: “ABŞ bir sıra silah növünün istehsalını artıracaq”

Dünya

30.05.2026 - 20:21

“Biz qısa zamanda sursat istehsalını iki, üç, hətta dörd dəfə artırmaq üçün hərbi sənaye kompleksimizi gücləndiririk”

“Biz qısa zamanda sursat istehsalını iki, üç, hətta dörd dəfə artırmaq üçün hərbi sənaye kompleksimizi gücləndiririk. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu sözləri Pentaqon rəhbəri Pit Heqset Sinqapurda keçirilən beynəlxalq təhlükəsizlik konfransında deyib.

ABŞ-ın müdafiə naziri qeyd edib ki, bunun üçün yeni zavodlar tikiləcək.

Heqset İrana qarşı döyüş əməliyyatlarını tam şəkildə yenidən başlatmaq üçün güclü arsenala sahib olduqlarını da bəyan edib: “Silah ehtiyatlarımız kifayət qədərdir. Biz hərbi sursatları balanslı şəkildə tətbiq edirik".

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş