“Biz sərhədlərə və Qəzzada atəşkəsə nəzarət edəcək qüvvələr kimi BMT qüvvələrini qəbul edirik”
Fələstinin radikaı HƏMAS hərəkatı gələcəkdə Qəzzanı idarə edəcək dövlətə bir şərtlə təhvil verməyə hazırdır. Bunun üçün İsrail işğalı sona çatmalıdır. AYNA.AZ xarici mediaya istinadən xəbər verir ki, bu barədə HƏMAS-ın lideri Xəlil əl-Heyyə bildirib.
Qeyd edilib ki, HƏMAS lideri “dövlət” deyəndə “gələcək suveren Fələstin”i nəzərdə tutub.
Xəlil əl-Heyyə əlavə edib ki, silahların təslim edilməsi məsələsi Fələstin qrupları və vasitəçilər arasında müzakirə mövzusudur. Razılaşmanın əldə edilməsi hələ başlanğıc mərhələdədir. “Biz sərhədlərə və Qəzzada atəşkəsə nəzarət edəcək qüvvələr kimi BMT qüvvələrini qəbul edirik”, – deyə HƏMAS lideri bildirib.