Hərəkat Fələstin Azadlıq Təşkilatının rəhbərliyinə məktub göndərib
HƏMAS hərəkatı Qəzza zolağının Fələstin Milli Administrasiyasına (PNA) təhvil verməyə hazır olduğunu bəyan edib. AYNA xəbər verir ki, bu barədə “Sky News Arabia” mənbələrinə istinadən məlumat yayıb.
Qeyd olunub ki, HƏMAS Qahirədə danışıqlar zamanı Misirin təzyiqi ilə qəbul etdiyi qərarını Fələstin Azadlıq Təşkilatının rəhbərliyinə göndərdiyi məktubda açıqlayıb.
Eyni zamanda, HƏMAS tələblər irəli sürüb: onların hər hansı dövlət qulluqçusu yeni administrasiyaya daxil edilməlidir və onlar pensiya ödənişləri təmin ediləcəklər.