“Girovların eyni anda dəyişdiriləcəyi ikinci mərhələyə hazırıq"
Fələstinin HƏMAS hərəkatı qalan bütün israilli girovları dərhal azad etməyə hazır olduğunu bəyan edib. AYNA xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalı məlumat yayıb.
Qeyd olunub ki, Fələstin hərəkatı Qəzza zolağında atəşkəs razılaşmasının ikinci mərhələsi üzrə danışıqlarda öz mövqelərini açıqlayan bəyanat yayıb.
"Biz daimi atəşkəs və qoşunların Qəzza zolağından tamamilə çıxarılması ilə nəticələnəcək razılaşma əldə edildikdən sonra girovların eyni anda dəyişdiriləcəyi ikinci mərhələyə hazırıq", - deyə HƏMAS bəyan edib.