Həftənin ilk gününün hava proqnozu

Xəbərlər

01.11.2020 - 12:41

cedabet dərman SEO Xidməti

Bakıda hava yağmursuz keçəcək

 

Noyabrın 2-də Azərbaycanda müşahidə olunacaq hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən AYNA-ya verilən xəbərə görə, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə  duman olacağı gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək.

 

Havanın temperaturu Abşeron yarımadasında gecə 13-16, gündüz  19-23, Bakıda gecə 13-15, gündüz 20-22 dərəcə isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 766  mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 70-80, gündüz  50-55 faiz olacaq. 

 

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə  duman olacağı, lakin axşam bəzi dağlıq ərazilərdə yağış yağacağı  ehtimalı var. Mülayim şərq küləyi əsəcək.  Havanın temperaturu gecə 10-15, gündüz 20-25, dağlarda gecə 7-12, gündüz 18-23 dərəcə isti olacaq.  

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş