Həbs edilən icra başçısının vəzifəsi başqa adama həvalə edildi

Xəbərlər

23.12.2019 - 15:34

Həkimlər Klinikalar SEO Xidməti

Nəsir Muxtarlı artıq icra hakimiyyətinin məsul şəxsləri ilə görüşüb

 

Ağstafa Rayon İcra Hakimiyyətinin həbs edilən başçısı Nizaməddin Quliyevi əvəzləmək üçün Prezident Administrasiyasından (PA) səlahiyyətli göndərilib. AYNA unikal.org-a istinadən xəbər verir ki, həmin şəxs PA-nın ərazi-təşkilat məsələləri şöbəsinin baş məsləhətçi Nəsir Muxtarlıdır.

 

N.Muxtarlı artıq icra hakimiyyətinin məsul şəxsləri, nümayəndəliklər və bələdiyyələrlə görüş keçirib, tapşırıq və tövsiyələrini də verib.

Qeyd edək ki, Nəsir Muxtarlı Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini olub, ondan sonra Prezident Administrasiyasında baş məsləhətçi vəzifəsinə təyin edilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş