Harris Ukraynanın iştirakı olmadan Rusiya ilə danışıqları rədd edir

Dünya

08.10.2024 - 11:25

Həkimlər Klinikalar SEO Xidməti

“Ukraynanın iştirakı olmadan heç bir ikitərəfli danışıqlar olmayacaq”

ABŞ-ın vitse-prezidenti, Demokratlar Partiyasının prezidentliyə namizədi Kamala Harris ABŞ Prezidenti seçilərsə, Rusiya və Ukrayna arasında sülh sazişi bağlamaq yollarını tapmaq üçün Rusiya Prezidenti Vladimir Putinlə ikitərəfli danışıqlara getməyəcək. AYNA xəbər verir ki, demokratların namizədi bunu CBS telekanalında ən məşhur televiziya proqramlarından biri olan “60 dəqiqə”yə müsahibəsi zamanı deyib.

Onun sözlərinə görə, ABŞ Ukrayna nümayəndələrinin iştirakı olmadan Rusiya ilə danışıqlara girməyəcək: “Ukraynanın iştirakı olmadan heç bir ikitərəfli danışıqlar olmayacaq. Ukrayna öz gələcəyini müəyyən etməkdə öz sözünü deməlidir”.

Harris Ukraynanın NATO-ya daxil olmasını dəstəkləyib-dəstəkləməyəcəyi barədə suala cavab verməkdən yayınıb: “Məqam yetişdiyi təqdirdə biz bu məsələləri həll edəcəyik. İndi biz Ukraynanın Rusiyanın əsassız təcavüzünə qarşı müdafiə qabiliyyətini gücləndiririk”.

“Əgər Donald Tramp ABŞ Prezidenti olsaydı, o zaman Putin hazırda Kiyevdə otururdu. Gəlin bunu aydınlaşdıraq. O deyir ki, ABŞ Prezidenti olarsa, müharibəni ilk günündə dayandıra bilər. Bunun nə demək olduğunu bilirsinizmi? Burada söhbət Kiyevin təslim olmasından gedir”, - Harris vurğulayıb.

Qeyd edək ki, Tramp dəfələrlə bildirib ki, Ukraynadakı müharibəni bitirmək üçün ona 24 saat vaxt lazımdır. Onun sözlərinə görə, Putin və Ukrayna Prezidenti Volodimir Zelenski ilə əlaqə saxlayacaq və müqavilə bağlamağı təklif edəcək. İmtina ediləcəyi təqdirdə Tramp Putini Ukraynaya çoxlu silah verəcəyi, Zelenskini isə təchizatı dayandıracağı ilə hədələyəcəyini vəd edib.

“The Washington Post”un Rusiya rəsmiləri içində olan mənbələri bildiriblər ki, Kreml Trampın prezident seçkilərində qalib gələcəyinə ümid edir. Çünki bu, Ukraynadakı hərbi münaqişənin Rusiya şərtləri ilə həlli üçün “imkan pəncərəsi” yaradacaq. Harrisin qələbəsi isə Moskvada mümkün olan ən pis ssenari kimi qiymətləndirilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş