“Vitse-prezident Harris ikinci debatına hazırdır, bəs Tramp?”
Debat başa çatdıqdan bir neçə dəqiqə sonra ABŞ Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harrisin kampaniyası keçmiş Amerika lideri, Respublikaçılar Partiyasının namizədi Donald Trampı növbəti debat raunduna çağırıb. AYNA xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
“Parlaq işıqlar altında Amerika xalqı bu payız seçkilərində qarşılaşacaq namizədləri gördü: Kamala Harrislə irəliləmək və ya Trampla geri çəkilmək arasında seçim etməlidirlər. Budur, onların bu axşam gördükləri və oktyabrdakı ikinci debatda nə görəcəkləri aydındır. Vitse-prezident Harris ikinci debatına hazırdır. Bəs Donald Tramp?”, - deyə Harrisin seçki kampaniyasının sözçüsü Cen O'Malley Dillon deyib.
Qeyd edək ki, dünən namizədlər arasında seçki debatı keçirilib.