“Donald Tramp Rusiya Prezidenti Vladimir Putinlə dostluq naminə Ukraynanı tərk etmək və ona kömək etməkdən imtina etmək istəyir”
“Donald Tramp Rusiya Prezidenti Vladimir Putinlə dostluq naminə Ukraynanı tərk etmək və ona kömək etməkdən imtina etmək istəyir”. AYNA xarici mediaya istinadən bildirir ki, bu sözləri ABŞ Demokratlar Partiyasından prezidentliyə namizəd, vitse-prezident Kamala Harris debat zamanı Respublikaçılar Partiyasından olan rəqibi haqqında deyib.
Harris hesab edir ki, Trampın hərbi əməliyyatların “24 saat ərzində” başa çatacağı ilə bağlı vədləri ABŞ-ın onun rəhbərliyi altında Ukraynaya yardımdan sadəcə imtina edəcəyi anlamına gəlir.
Harris sabiq Prezidentin guya Rusiyanın Ukraynadakı müharibəsinin başlamasına üç gün qalmış Rusiya Prezidenti ilə görüşdüyü barədə dediklərini də təkzib edib.