"Hazırda, xoşbəxtlikdən, “hantavirus”lar aşağı virulentliyə və aşağı yoluxuculuğa malikdir”
Kruiz gəmisində epidemiyası qeydə alınan “Hantavirus” mutasiyaya uğrayır və insanlara uyğunlaşmağa başlayır. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə Rusiya Elmlər Akademiyasının akademiki, epidemioloq və Rusiya Təhsil Akademiyasının vitse-prezidenti Gennadi Onişenko deyib.
Epidemioloq vurğulayıb ki, bu fakt fəlakət deyil, lakin ştammların uyğunlaşdığını, ardıcıllığını hər il dəyişdirdiyini və insan immun sistemindən yayınmağın yeni yollarını tapdığını təsdiqləyir.
Onişenko deyib ki, "hazırda, xoşbəxtlikdən, “hantavirus”lar aşağı virulentliyə və aşağı yoluxuculuğa malikdir, baxmayaraq ki, onlar artıq yavaş-yavaş insandan insana yayılmağa başlayıblar".
Onun sözlərinə görə, 2018-ci ildə Argentinada baş verən virus epidemiyası 35 faizə qədər yüksək ölüm nisbəti nümayiş etdirib. O 2026-cı ildə gəmidə ortaya çıxan “hantavirus”un Rusiya üçün təhlükə yaratmadığını bildirib.