Hakimliyə namizədlər Türkiyədə təlim səfərində olublar

Xəbərlər

04.12.2023 - 19:07

Həkimlər Klinikalar SEO Xidməti

Hüququn müxtəlif sahələrinə dair hakimlərin məruzələri dinlənilib

Hazırda vakant olan hakim ştatlarının yüksək biliyə və mənəvi keyfiyyətlərə malik gənc hüquqşünaslar hesabına komplektləşdirilməsi məqsədilə imtahanların keçirilməsi davam etdirilir. Seçim prosesinin sürətləndirilməsi və namizədlər üçün daha əlverişli şəraitin yaradılması istiqamətində Şura tərəfindən ardıcıl addımlar atılır.

AYNA xəbər verir ki, yazılı və şifahi imtahandan müvəffəqiyyətlə keçmiş və ilkin uzunmüddətli tədris kurslarına göndərilən 28 nəfər hakimliyə namizəd Hakimlərin Seçki Komitəsinin sədri, Ali Məhkəmənin hakimi Vidadi Cəfərovun və Komitənin üzvü, Ədliyyə Akademiyasının prorektoru Elçin Xələfovun iştirakı ilə 26 noyabr – 2 dekabr tarixlərində Türkiyə Respublikasında təlim səfərində olub.

Təlimlərdə hakimliyə namizədlərə Türkiyənin hüquq sistemi, hakimlərin statusu, ixtisaslaşmış məhkəmələrin, habelə ədliyyə, prokurorluq orqanlarının fəaliyyəti barədə geniş məlumat verilib. Hüququn müxtəlif sahələrinə dair hakimlərin məruzələri dinlənilib.

Səfər çərçivəsində hakimliyə namizədlər Antalya şəhərində yerləşən məhkəmələri və müvafiq qurumları ziyarət edib, yaradılan şəraitlə tanış olublar.

Müəllif: Ayna.az