Hakimlər və Ali Məhkəmənin əməkdaşları Türkiyədə təlimdə iştirak ediblər -  FOTO

Xəbərlər

02.03.2024 - 13:14

Səfər çərçivəsində Ankara şəhərindəki Heydər Əliyev Parkı ziyarət edilib

2024-cü ilin fevralın 18-dən 28-dək Türkiyə Respublikasının Ali İnzibati Məhkəməsi (Danıştay) ilə təcrübə mübadiləsi proqramı çərçivəsində Azərbaycan Respublikasının hakimləri və Ali Məhkəmənin əməkdaşlarından ibarət nümayəndə heyəti Türkiyədə təlimdə iştirak edib.

Bu barədə AYNA-ya Məhkəmə-Hüquq Şurasından məlumat verilib.

Təlim zamanı inzibati orqanlara məhkəmə nəzarətinin hədləri, inzibati orqanları inzibati icraat aparılmasına təşviqetmənin yolları, “Elektron məhkəmə” informasiya sisteminin üstünlüklərindən faydalanma, yazılı icraatın həyata keçirilmə mexanizmləri, süni intellektin imkanlarından istifadə və inzibati məhkəmə icraatına dair digər mövzularda fikir mübadiləsi aparılıb.

Səfər çərçivəsində Ankara şəhərindəki Heydər Əliyev Parkı ziyarət edilib. Nümayəndə heyəti Azərbaycan xalqının Ümummilli Liderinin burada ucaldılan abidəsinin önünə əklil qoyub, xatirəsini dərin ehtiram və hörmətlə yad edib.

Daha sonra 26 fevral - Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar  Xocalı abidəsi ziyarət edilib, önünə güllər qoyulub.

Hakimlər və Ali Məhkəmənin əməkdaşları Türkiyədə təlimdə iştirak ediblər - 
Müəllif: Ayna.az