Hakim partiya ödənişsiz efir vaxtından imtina etdi

Xəbərlər

17.01.2020 - 14:47

Həkimlər Klinikalar SEO Xidməti

YAP-ın 123 deputatlığa namizədi qeydə alınıb

 

Hakim Yeni Azərbaycan Partiyası (YAP) fevralın 9-da keçiriləcək parlament seçkilərinin təşviqat mərhələsində ödənişsiz efir vaxtından istifadə etməyəcək.

 

AYNA xəbər verir ki, YAP parlament seçkilərinin təşviqat mərhələsində İTV-nin pulsuz efir vaxtından istifadə etməyəcəyi ilə bağlı müvafiq qərar qəbul edib.

 

Qeyd edək ki, Seçki Məcəlləsinə əsasən, 60-dan çox seçki dairəsindən namizədləri qeydə alınan siyasi partiyalara, siyasi partiyaların bloklarına seçkiqabağı təşviqat aparmaq üçün İctimai Televiziya və Radioda efir vaxtı ayrılır, o cümlədən dövlətdən maliyyələşən dövrü mətbuatda pulsuz təşviqat aparmaq üçün şərait yaradılır.

 

YAP-ın 123 deputatlığa namizədi qeydə alınıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş