Hakan Fidan Laçın yolunda baş verənlərə münasibət bildirib

Siyasət

31.07.2023 - 14:56

Türkiyə XİN başçısı: "Laçın yolu Azərbaycan torpağıdır"

Türkiyə xarici işlər naziri Hakan Fidan Laçın yolunda baş verən hadisələrə münasibət bildirib.

AYNA xəbər verir ki, bu barədə Hakan Fidan Ceyhun Bayramov ilə birgə mətbuat konfransı zamanı danışıb.

Türkiyəli nazir bildirib ki, Laçın yolu ilə bağlı Azərbaycana qarşı iddialar haqlı deyil: “Tibbi keçid təmin edilir, humanitar yardımlar təmin edilir. Laçın yolu Azərbaycan torpağıdır və Azərbaycan hansı tədbiri istəsə, Laçında həyata keçirə bilər”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş