Hakan Fidan İstanbulda Rusiya-Ukrayna danışıqlarına qatılacaq

Dünya

02.06.2025 - 13:22

cedabet dərman SEO Xidməti

Tərəflər atəşkəslə bağlı baxışları ilə bağlı məqamları özündə əks etdirən memorandumlar mübadiləsi aparacaqlar

İstanbulda Çırağan sarayında Rusiya və Ukrayna nümayəndə heyətləri arasında keçiriləcək danışıqlara Türkiyənin xarici işlər naziri Hakan Fidan qatılacaq. AYNA.AZ xəbər verir ki, bu barədə “RİA Novosti” Türkiyə diplomatik mənbəsinə istinadən məlumat yayıb.

"O danışıqlara qatılmağı planlaşdırır", - agentliyin mənbəsi Türkiyə XİN rəhbərinin danışıqlarda iştirak ehtimalı ilə bağlı sualı cavablandırarkən deyib.

Danışıqların ikinci raundunda münaqişə tərəfləri Moskva və Kiyevin atəşkəslə bağlı baxışları ilə bağlı məqamları özündə əks etdirən memorandumlar mübadiləsi aparacaqlar.

Qeyd edək ki, iki ölkə nümayəndə heyətlərinin görüşü Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş