“Tərəflərin razılığa gəlməyə yaxınlaşmasından məmnunuq”
“Azərbaycan və Ermənistan sülh sazişini imzalamağa yaxınlaşır”. AYNA Türkiyə mediasına istinadən bildirir ki, bu sözləri Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib.
Fidan jurnalistlərlə söhbətində Qafqazda sülhün vacibliyini vurğulayıb: “Biz Azərbaycan və Ermənistan arasında imzalanmış sazişi regionda sabitlik və sülh üçün son dərəcə mühüm addım hesab edirik. Tərəflərin razılığa gəlməyə yaxınlaşmasından məmnunuq”.
“Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası üzrə komissiyaların əsasnaməsinin təsdiqi bu tərəqqinin yaxşı nümunəsidir. Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasından sonra Türkiyə ilə Ermənistan arasında da münasibətlər normallaşacaq”, - nazir bildirib.