Hacıqabulda qəza: sərnişin pəncərədən yerə düşüb

Hadisə

08.10.2021 - 03:48

Həkimlər Klinikalar SEO Xidməti

Ağır xəsarət alan yaralı xəstəxanaya çatdırılıb

Hacıqabul rayonunda ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. AYNA “Report”a istinadən xəbər verir ki, qəza rayon mərkəzində qeydə alınıb.

 “Toyota Prius” markalı avtomobil hərəkətdə olarkən digər bir avtomobillə toqquşub. Qəza zamanı sərnişin 1984-cü il təvəllüdlü Əliyev Gülbala Nurbala oğlu zərbənin təsirindən avtomobilin pəncərəsindən yerə düşüb.

Ağır xəsarət alan yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması və baş-beyinin ağır dərəcəli əzikləri diaqnozları qoyulub. Yaralının vəziyyəti ağır olduğundan o reanimasiya şöbəsinə yerləşdirilib. Hadisənin təfərrüatı araşdırılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş