Nəvahi kəndi ərazisində ağır yol qəzası qeydə alınıb
Hacıqabul rayonu ərazisində avtomobil piyadanı vuraraq öldürüb.
AYNA-nın "Report"a istinadən məlumatına görə, hadisə saat 19 radələrində Bakı-Qazax avtomobil yolunun rayonun Nəvahi kəndi ərazisində qeydə alınıb.
Avtomobil tərəfindən vurulan 1949-cu il təvəllüdlü Tahir Hüseynov ölüb.
Faktla bağlı araşdırma aparılır.