Hacıqabulda 37 yaşlı kişinin üzərinə dəmir düşərək ölüb 

Hadisə

16.10.2024 - 23:45

Həkimlər Klinikalar SEO Xidməti

Hacıqabulda 37 yaşlı kişinin üzərinə dəmir düşərək ölüb. AYNA-nın “Report”a istinadən məlumatına görə, hadisə rayonun Rəncbər kəndində qeydə alınıb.

Belə ki, Astara rayon sakini, 1987-ci il təvəllüdlü Ramazanov Vladimir Mirzəqəni oğlu dəmir kəsərkən üzərinə metal düşərək ağır yaralanıb.

O, xəstəxanaya çatdırılarkən həkiməqədər ölüm hadisəsi qeydə alınıb.

V.Ramazanovun dəmir qırıntılarını yığmaqla məşğul olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş